14 oktyabr 2022-ci il ildə Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirildi. İclasa sədrlik edən Qazaxıstan prezidenti Kasım – Jomart Tokayev sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verdi.Cənab Prezident öz çıxışında bildirdi ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ermənilərin təkcə Azərbaycan ərazisində deyil, bütün dünyada səfirliklərimizə, nümayəndəliklərimizə, hətta ayrı-ayrı vətəndaşlarımıza qarşı terror aktları, insanlığa sığmayan vəhşiliklər törətmişlər. ATƏT-in Minsk qrupu və ona üzv olan dövlətlər 30 ilə yaxın müddətdə münaqişənin həllində heç bir müsbət rol oynamadığı halda, Azərbaycan öz süveren hüquqlarından istifadə edərək dünya birliyinin tanıdığı Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün əks hücumla terrorçu erməni silahlı qüvvələrini ləğv edərək öz torpaqlarını işğaldan azad etdi. Fransa Prezidenti Emmanuel Makronun Ermənistana belə havadarlıq etməsi hər bir sülhsevər dünya insanında təəccüb doğurmalıdır. Çünki ermənilər bir vaxtlar Fransanın özündə terror törətmişlər. Ermənistanın özü Qarabağın dırnaqarası müstəqilliyini tanımadığı halda Fransanın ağılsız, kütbeyin hakimiyyətinin bu hərəkəti yolverilməzdir. Yəqin ki, Emanuel Makronun erməni kanyakı içməkdən başı açılsa və ölkəsinin yaxın tarixini yada sala bilsə ikinci dünya müharibəsində Şarl De Qolla çiyin-çiyinə Fransanı faşizm caynağından xilas edilməsində mühüm rol oynayan Əhmədiyyə Cəbrayılovu tanıyardı. O Əhmədiyyə Cəbrayılovu ki, Fransa Müqavimət Hərakatının öncüllərindən biri olmuş, həmin ölkənin ən yüksək legion ordeninə layiq görülmüşdür. Həmin ordenə sahib olan şəxs hərbi paratda generaldan əvvəl addımlamaq hüququna malik olmuşdur. Azərbaycanın işğadan azad olunmuş ərazilərində erməni tör-töküntülərinin yenidən minalardan istifadə edərək keçidləri, yolları minalaması gözü kor, qulağı kar dövlətlərə çatmır. Yaxın zamanlarda onların rəhm etdiyi ermənilər onların öz ölkələrinə qarşı terror əməlləri törədəcək. Azərbaycan haqq işindən dönməyəcək, özünün ərazi bütövlüyünü təmin edəcəkdir. Düşünürəm ki, Fransa prezidentinin sərsəm çıxışları elə onun özü ağlında olan Paşinyanla eyni məğzi daşıyır. Necə ki, Cənab Prezidentimiz Şuşada təlxəklik edən Paşinyanı rüsvay etdi, eləcə də cılız Makrona mötəbər tədbirdə sözünü çatdıraraq ona yerini göstərdi. Əslində Fransadan bu mövqeyi gözləmək təəccüblü deyil. Əlcəzairdə dəhşətli soyqırım törədən dövlətin Ermənistan kimi terrorçu dövləti dəstəkləməsi gözləniləndir. Azərbaycan isə haqlı mevqeyindən heç bir zaman dönməyəcək, regionda və dünyada ədalətin bərpa olunmasına öz töhfəsini verməkdə davam edəcəkdir. Zülfiyyə Mehdili,Xocalı rayon gənci